Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
13:00
423

23
Avq
13:00



Nazir müavini: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləyib.

Təhsil Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, bu gün müsahibə mərhələsinin son günüdür. Müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin iştirakı gözlənilir.

Məhəbbət Vəliyeva media nümayəndələrinin diqqətinə çatdırıb ki, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 2 632 namizəd iştirak edib. Nazir müavini 2019-2020-ci tədris ili üçün müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarıldığını deyib.

Təhsil nazirinin müavini vurğulayıb ki, bu il məktəbdə psixoloq vəzifəsində işləyənlər də müsahibə komissiyasının tərkibinə üzv olaraq cəlb edilib və məqsəd hər bir namizədin ixtisas, pedaqoji, eləcə də metodiki biliklərlə yanaşı, psixoloji vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. Builki müsahibələrdə müəllimliyə namizədlərin yüksək nəticələr göstərdiyini qeyd edən Məhəbbət Vəliyeva onların hər birinə uğurlar arzulayıb, müəllim adını qazanacaq namizədlərin təhsilin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az