Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
17:08
360

23
Avq
17:08




“Kaspersky Lab” spam zənglərin daha intensiv olduğu vaxtları müəyyənləşdirib

“Kaspersky Lab” şirkətinin məlumatına görə, hər dörd smartfon istifadəçisindən üçünə (72%) hər ay spam zənglər gəlir. Spamerlər daha çox cümə axşamı və cümə günləri, 16.00-18.00 saat aralığında zəng edirlər.

Arzuolunmaz zənglər siyahısının onluğuna kollektorlar və reklam zəngləri, riskli maliyyə əməliyyatları və investisiya təklifləri daxildir.

“Spam zənglər abonentləri bərk əsəbləşdirir. Hesablamalarımıza görə, naməlum nömrələrdən gələn zənglərin spam olma ehtimalı 70%-ə bərabərdir. Buna görə də telefon zəngini cavablandırmadan kimin zəng etdiyini müəyyənləşdirən həllərə təlabat artır. Bu həllər sizə xüsusilə də məşğul olduğunuz vaxtlarda lazımsız danışıqlardan qaçmağa yardım edəcək", - deyə “Kaspersky Lab” şirkətinin sistem analitiki Dmitri Volqin vurğulayıb.

Telefon spamından və fırıldaqçılıqdan qorunmaq üçün şirkət “Kaspersky Who Calls” həllini təklif edir. Proqram tanımadığınız nömrədən kimin zəng etdiyini dərhal öyrənməyə imkan verir. Əməliyyat sistemindən asılı olaraq həll elə zəng zamanı təşkilatın/nömrənin sahibinin adını və zəngin kateqoriyasını təyin edir. Məsələn, “kredit”, “çatdırılma xidməti” və s. Bununla belə, “Kaspersky Who Calls” həlli istifadəçinin mobil nömrəsini tələb etmir və onun şəxsi məlumatlarını indeksləşdirmir.

Məlumatlar 2019-cu ilin aprel-iyul aylarında “Kaspersky Who Calls” həllinin anonim statistikasından istifadə edilərək əldə olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az