Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
18:06
501

23
Avq
18:06



Zeynəb Əlizadə: Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim

Ali təhsil almaq, jurnalist peşəsinə yiyələnmək istəyən Zeynəb Əlizadə Azərbaycan Dillər Universitetinin (ADU) “Jurnalistika” ixtisasına qəbul olub.

ADU-dan XeberOxu.Az-a verilən məlumata görə, tələbənin ailəsinin maddi durumu təhsil haqqını ödəmək iqtidarında olmadığından o, sosial şəbəkə vasitəsi ilə universitetə müraciət edib. Onun müraciətindən sonra ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə təhsil haqqı toplanıb.

Zeynəb Əlizadənin ödənişli əsaslarla qəbul olması onun təhsil almaq ümidini sarsıdıb. Ancaq Orxan Bağızadəyə göstərilən diqqətdən sonra onda yeni bir ümid yaranıb: “Heç ümidim yox idi ki, təhsil ala bilərəm. Orxan Bağızadənin məsələsindən sonra mənə yeni ümid gəldi”.

ADU-nun tələbəyə yüksək dəyər verdiyini qeyd edən tələbə bildirib ki, burada ona çox kömək ediblər, öz doğmları kimi dəstək olublar, arzusu gerçəkləşib. O, buna görə hər kəsə minnətdarlıq edib.

ADU-nun beynəlxalq əlaqələri və nüfuzu, burada peşəkar jurnalistlərin yetişdirilməsi Zeynəbin bu ali təhsil ocağını seçməsinə səbəb olub. Zeynəb gələcəkdə peşəkar jurnalist kimi fəaliyyət göstərmək, Azərbaycan Dillər Universitetini layqincə təmsil etmək arzusundadır.

Zeynəb Əlizadənin nənəsi Mərcan Əliyeva yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, universitet rəhbərliyi başda olmaqla hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, tələbə ilə bağlı elan paylaşılandan sonra Zeynəbin I kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı toplanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az