Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Avq
2019
05:15
615

24
Avq
05:15




Obamalar 15 milyon dollara mülk alır

ABŞ-ın eks prezidenti 58 yaşlı Barak Obama və 55 yaşlı həyat yoldaşı Mişel Massaçusets ştatındakı Martas Vinyard adasında mənzərəli mülk sahibi olmağa qərar veriblər.

ABŞ-ın keçmiş prezidenti və ölkənin keçmiş birinci xanımı mülkü almaq üşün təxminən 15 milyon dollar dəyərində saziş bağlayıblar.

XeberOxu.az TMZ-nın yaydığı məlumata görə, alış-veriş prosesi hələ başa çatmayıb, lakin əməliyyatın baş tutma faizi yüksəkdir.

Cütlük Barak prezident olduğu zaman Martas Vinyardda istirahət edib. Bu yay da onlar adada bir ev kirayə götürüb. İndi isə kirayə götürdükləri mülkün tam sahibləri olmağa qərar veriblər.

Evin türbəli tavanı və daş sobası olan qonaq otağı, mətbəxi, böyük pəncərələri olan yemək otağı, açıq terras və qarşısında hovuzu var.

Qeyd edək ki, Barak və Mişel Obama cütlüyünün ümumi sərvəti 135 milyon dollardır. Siyasətçi ABŞ-ın bütün keçmiş prezidentləri kimi pensiya alır, gəliri isə çıxışlardan və kitabların nəşrindən qazanır.

Məsələn, Mişel Obamanın "Becoming" adlı kitabı tez bir zamanda ən çox satılan kitablar sırasına düşüb.

Eləcə də ailənin büdcəsini müxtəlif film çəkilişləri doldurur. May ayında Obamanın dünyaca məşhur "Netflix" şirkəti ilə əlaqəsi barədə məlumatlar mediaya sızıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az