Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Avq
2019
20:11
777

24
Avq
20:11



Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir.

Xeberoxu.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: “Bu, təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlət, istər cəmiyyət, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan gəncləri yaxşı təhsil almalıdır: “Biz istəyirik ki, Azərbaycan gəncləri yaxşı təhsil alsın, gözəl biliklərə yiyələnsin, Vətənimizin inkişafı naminə ləyaqətlə xidmət etsinlər. Eyni zamanda istəyirik ki, gənclərimiz sağlam böyüsünlər, idmanla, bədən tərbiyəsi ilə məşğul olsunlar. Ona görə bu kompleks gənclərin idmanla məşğul olmalarına hər cür şərait yaradır. Bizim bu layihənin məqsədi ondan ibarətdir ki, gənclərimiz öz istəklərinə uyğun olaraq ayrı-ayrı idman növləri ilə, bədən tərbiyəsi ilə məşğul olsunlar. Biz idman federasiyaları ilə birgə gənclərimizə bu imkanları təmin edəcəyik”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi







Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR







Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar







Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az