Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Avq
2019
02:00
525

25
Avq
02:00



Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum olub

Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Azərbaycan Cüdo Federasiyasından XeberOxu.Az-a verilən məlumata görə, püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dünya və qitə cüdo təşkilatlarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 7 qadın və 8 kişi idmançısının ilk rəqibləri müəyyənləşib.

Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı Marina Çernyak, Leyla Əliyeva portuqaliyalı Katerina Kosta, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva mozambikli Jaciro Ferreyra, Larisa Aleksandra Florian isə Honq-Konq cüdoçusu Şuk Ki Çui, 57 kiloqram çəkidə İçinxorloo Munxtsedev panamalı Miryam Roper, 70 kiloqram çəkidə Günel Həsənli avstraliyalı Ayfe Couglan, 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerska Sara Adlinqton (Böyük Britaniya) - Tessi Savelkous (Hollandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Davud Məmmədsoy Tornik Çjakodea (Hollandiya), 66 kiloqram çəkidə Nicat Şıxəlizadə veytnamlı Quoc Xuan, 73 kiloqram çəkidə Rüstəm Orucov Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi, Hidayət Heydərov Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibi, 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Davis Duda (Latviya) - Peter Zilka (Çexiya) cütünün qalibi, 100 kiloqram çəkidə Elmar Qasımov belarus Daniel Mukete, Zelim Kotsoyev braziliyall Leonardo Qonsalves, 100 kiloqramdan yuxarı çəkidə Uşangi Kokauri avstriyalı Stefan Hegyi ilə güclərini sınayacaq.

Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz Portuqaliya cüdoçuları ilə yarışacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az