Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Avq
2019
11:46
942

25
Avq
11:46




G7 sammitinin rəsmi açılışı olub

Fransanın Biarritz şəhərində G7 sammitinin rəsmi açılışı olub.

Xeberoxu.az xəbər verir ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib.

İşgüzar şam yeməyindən əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Almaniyanın federal kansleri Angela Merkel və Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşlər keçirib. Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü də təşkil edilib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.

Sammitin işi avqustun 26-da başa çatacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az