Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Avq
2019
13:08
501

25
Avq
13:08




Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb

Havaların isti keçməsi ilə əlaqədar Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndirib. Belə ki, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar.

İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az