# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
14:35
692

25
Mart
14:35



Bakıda oğurluq faktları kəskin azalıb

Ötən gün ərzində Azərbaycanın paytaxtında daxili işlər orqanlarının əməkdaşları tərəfindən 19 oğurluq hadisəsi qeydə alınıb.

Xeberoxu.az-ın məlumatına görə,Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mülki cinayətlər sahəsində bu qədər aşağı göstərici Bakıda son 7 ildə ilk dəfə müşahidə olunur.

Beş il əvvəl paytaxtda bir gündə 25 fərdi mülkiyyət oğurluğu qeydə alınmışdı.

Hüquq-mühafizə orqanlarının əməkdaşları belə bir dinamikanın oğruların karantin qaydalarına əməl etdikləri üçün deyil, koronavirusa yoluxmaq qorxusundan irəli gəldiyini hesab edirlər.

Oğurluq hallarının azalmasına paytaxt sakinlərinin evdə oturması və ehtiyac olmadan çölə çıxmamaları da səbəb olub. Bundan əlavə, kiçik oğruların toplaşdığı müxtəlif internet-klubların bağlanması da müsbət haldır.

“Xüsusi rejimlə əlaqədar olaraq, 21:00-dan sonra heç kim şəhərin küçələrində gəzmir. Cinayətkarların toplaşacaq yerləri yoxdur. Onlar polisin gözünə görünməmək üçün evdə qalmaq məcburiyyətindədirlər. Bunlar COVID-19-a yoluxmaqdan ən az qorxan insanlardır. Onları yalnız bir şey maraqlandırır: haradan və nəyi oğurlamaq”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.  

Qeyd edək ki, 19 oğurluq hadisəsindən 5-nin üstü açılıb. Bakıda bir gündə qeydə alınan cinayətlərin ümumi sayı da azalaraq 44 hal təşkil edib ki, bunlardan 12-nin üstü açılıb.

Nərimanov rayonunda naməlum şəxslər Ziya Bünyadov prospektində yerləşən, 1972-ci il təvəllüdlü Yusif Nuriyevə məxsus “Bakı Satış Mərkəzi”nin anbarını qarət ediblər. Cinayətkarlar anbar qapısının kilidini sındıraraq oradan 10 000 manat dəyərində pəncərə aksesuarlarını aparıblar. Cinayət 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nəsimi rayonunda Anar Babayevə məxsus şirkətin ofisindən təqribən 3000 manat dəyərində iki kompüter, üç ətir şüşəsi və 1000 manat dəyərində bir qəhvə hazırlayan maşın oğurlanıb. Bu faktlarla bağlı həbs olunanlar yoxdur.

Onu da qeyd etmək lazımdır ki, oğurluqların əksəriyyəti kiçik məbləğlidir. Necə deyərlər, “əllərinə keçəni aparırlar”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.