XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



14 Apr
2021
14:25
1816
14
Apr
14:25



Ramal boşanma xəbərindən danışdı

"Atam-anam hər zaman deyir dəyərini bil. Sevənlərim mənə öyrədir ki, daha məsuliyyətli olmalısan. Çalışıram səliqəli, cızığımdan çıxmayan musiqilər ifa edim".

Bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Gün ortası" proqramında deyib. Sənətçi ona tənbəl deyənlərə cavab verib:

"Dahi Məhəmməd Füzulinin sözlərinə romans yazmışam. Çəkinirəm bu haqda danışmağa. Amma çəkindikcə, batıram. İki böyük romans yazmışam, estrada ilə yanaşı bununla da məşğul oluram".

Ramal bəstələrinə aldığı qonorardan danışıb:

"Pul söhbəti olanda, Vaqif Gərayzadə deyirdi ki, bazara gəlmişiniz? Pul əziyyət, aranjiman üçün alınır. Həmin pulu həm aranjimana istifadə edirəm, həm də dolanıram. Bir mahnının aranjimanı 4-5 min edir. Bayağı mahnı yoxdur, aranjiman var.

Məni bir gecənin içində Elza Seyidcahanın mahnısı tanıtdı. "Həsrət nəğməsi" oxudum, gecə radioda səsləndi, səhər durdum ki, hamı ondan yazır.

Mənə hamı tənbəl deyir. Kim nə vaxt çağırıb, gəlmişəm. Tənbəl deyə-deyə tədbirlərdən uzaqlaşdırılmışam. Amma dəvət olunduğum yerə hamıdan əvvəl getmişəm. Bəzi mahnılarımı oxuyan sənət dostlarım məni tədbirlərdən uzaqlaşdırır. Çalışıram onlarla onlar kimi olam.

Son üç-dörd ildir Allaha istedadıma görə təşəkkür edirəm. Əvvəl dəyərini anlamırdım".

Müğənni boşanması haqda yayılan xəbərlərə "Boşanan adam balasından danışmaz. Niyə boşanım? Allah bütün ailələri saxlasın, mənimki də içində. Bir mahnı yazdım "Boş andıq", hamı səhv anladı. Anam zəng edib ki, nə olub? Boşanmamışam" cavabını verib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.