XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



15 Apr
2021
05:28
1359
15
Apr
05:28



Avropanın bəzi ölkələri yeraltı yanacağın ixracatına dəstəyi dayandırır

Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Niderland, İsveç və İspaniya yeraltı mənşəli yanacaqla bağlı dövlət ixracat zəmanəti verməyi dayandırmaq öhdəliyi götürüb.

XeberOxu.Az  “İnvesting.com”a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno le Mair bildirib.

Belə ki, Fransa, Böyük Britaniya və İsveç artıq sözügedən dövlət zəmanətlərini dayandırmaqla bağlı konkret olaraq planlarını açıqladıqları halda, qalan dörd ölkə bunu nə vaxt edəcəklərini hələ qərarlaşdırmayıblar.

“Hər ölkənin sənaye xüsusiyyətlərini, iş yerlərinə təsirini nəzərə almaqla yeraltı yanacağı maliyyələşdirən hər cür ixracat zəmanətlərini dayandırmaq əzmindəyik”, - deyən fransalı nazir OECD ölkələrinin ixracat maliyyəsinin 40 faizini təşkil edən qrupa ABŞ-ın da qoşulacağına ümidvar olduqlarını bildirib.

Sadalanan yeddi ölkə həmçinin iqlim dəyişikliyi baxımdan əlverişli sayılan layihələrə dəstək vermək, ixracat maliyyəsinə dair şəffaf siyasət yürütmək öhdəliyi də götürdükləri diqqətə çatdırılıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.