XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
12:32
1018
16
Apr
12:32



DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop tərkibli dərmanların ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Xeberoxu.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb.

Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Orxan Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd “Metadon” həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edərək götürüblər. Saxlanılan şəxs izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhərində həyata keçirilən əməliyyat zamanı vətəndaş Tural Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Daha sonra saxlanılan şəxsin yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları onun Sumqayıt şəhərindəki mənzilindən əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” və 9510 ədəd “Metadon” həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə Abşeron rayonunda yaşayan Afiq Əliyev saxlanılıb. Saxlanılan zaman onun üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub.

Qeyd edək ki, bu şəxs xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə vətəndaş Musəvi Musayev də narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdə isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd ”Metadon” və “Metilin” həbləri, həmçinin, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bununla da Baş İdarə əməkdaşları tərəfindən keçirilən bu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi








Goranboyda fermada yanğın olub








Qaxda 56 yaşlı kişi evində ölü tapıldı








Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.