XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
15:17
710
16
Apr
15:17



Anglo-Asian Mining bu il üçün hasilat proqnozlarını açıqladı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün “Gədəbəy” müqavilə ərazisi ilə bağlı proqnozunu açıqlayıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, 2021-ci maliyyə ili üçün 48 min – 54 min unsiya qızıl hasilatı nəzərdə tutulur. Şirkətin 2020-ci maliyyə ilində faktiki qızıl hasilatı 56 864 unsiya təşkil edib.

Şirkət 2021-ci maliyyə ili üçün 2 500-2800 ton misin hasil ediləcəyini proqnozlaşdırır. Belə ki, 2020-ci maliyyə ilində şirkətin faktiki mis hasilatı 2 591 ton təşkil edib. Proqnozlaşdırılan istehsal 2021-ci il ərzində yeni bərpa olunan müqavilə sahələrindən hasilatı nəzərdə tutmur.

"Anglo-Asian Mining Plc." şirkəti hesab edir ki, 2021-ci maliyyə ili üçün 64 000-72 000 unsiya arasında ümumi qiymətli metal hasilatı mümkün olacaq. Qeyd edək ki, 2020-ci maliyyə ilində şirkətin bu sahədə faktiki istehsalı 67 249 unsiya təşkil edir.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.