XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
15:47
710
16
Apr
15:47



Qubada baytarlıq apteki bağlanıb- FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Quba şəhəri, 29-cu məhəllə, mərkəzi bazar ərazisində fəaliyyət göstərən, “Samir-HS” MMC-yə məxsus baytarlıq aptekində yoxlama keçirib.

AQTA-dan  verilən məlumata görə, yoxlama zamanı baytarlıq aptekinin vitrinində yararlılıq müddəti bitmiş dərman preparatları aşkar edilib.

Belə ki, aptekdə sanitariya tələblərinə, saxlanma qaydasına və temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Azərbaycanda az bal toplayan abituriyent intihar etdi








Bakıda zəncirvari qəza: Beş avtomobil toqquşdu - VİDEO








Ucarda yol qəzası olub, xəsarət alan var








Paytaxtda avtomobil ahıl qadını vuraraq xəsarət yetirib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.