XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
16:55
1005
16
Apr
16:55



Təltif olunan prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib- FOTO

Aprelin 16-da Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpa olunduğunu, haqq və ədalətin zəfər çaldığını qeyd edib.

Bildirilib ki, hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirmiş, xüsusən müharibə gedişində qanunsuz erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işləri başlanmaqla döyüş əməliyyatlarının aparıldığı şəraitdə hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi və digər mümkün istintaq hərəkətlərinin aparılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Xüsusi vurğulanıb ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən məhkəmə hüquq islahatları və prokurorluğa olan diqqət və qayğı qurumun fəaliyyətinin təkmilləşməsində və səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyətə malik olmuşdur.

Baş prokuror Prezident İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 38 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları - orden və medallarla təltif etməsinin Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirib, təltiflərin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olmaqla ikiqat məsuliyyət yaratdığını qeyd edib.

Bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq olaraq, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilmiş, həmçinin ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərmiş bir qrup əməkdaş mükafatlandırılıblar.

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmiş və fəaliyyətlərini bu etimada layiq səviyyədə davam etdirəcəklərini bildiriblər.

Tədbirin yekununda Baş prokuror Kamran Əliyev bir daha ölkə başçısı cənab İlham Əliyevə göstərilən yüksək inam və etimada görə kollektivin adından minnətdarlığını bildirməklə Azərbaycan Prokurorluğunun bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə respublikamızın dinamik inkişafına istiqamətlənmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəyinə əminliyini qeyd edib.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.