XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
RU   



19 Noy
2020
11:50
7007
19
Noy
11:50



Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra

Azərbaycanın uzun illər sürən düşmən işğalçılığına qarşı sentyabrın 27-dən başlanan haqq mübarizəsi, Ermənistan üzərində ölkəmizin qalibiyyəti fonunda məhv edilən tarixi abidələrimizin vəziyyəti də üzə çıxır.

Bunlardan biri də XIX əsr Azərbaycanın görkəmli şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın ev muzeyidir.

XeberOxu.Az-ın məlumatına görə,  Oxu.Az ev muzeyinin yeni yayılan fotoları fonunda muzeyin tarixinə nəzər salıb.

Atasının sarayında “Dürrü yekta” (Tək inci), xalq arasında Xan qızı kimi çağırılan Natəvanın evi XVIII əsrə aid tarix-memarlıq abidəsi olub.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin ən görkəmli yerlərindən birində yerləşən muzeylə bağlı 1980-ci ildə maraqlı təklif irəli sürülüb. Belə ki, 1980-ci ildə Şuşada Azərbaycan SSR Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının açılması ideyası ortaya çıxıb.

Ancaq binada əsaslı təmir-bərpa işlərinə yalnız 1987-ci ildən başlamaq mümkün  olub.

Filialın ilk  direktoru füzulişünas alim, filologiya elmləri namizədi, SSRİ Yazıçılar İttifaqının üzvü Namiq Babayev olub.  O, muzeyə işgüzar gəncləri cəlb edib və filialda bacarıqlı bir kollektiv formalaşdırıb.

Filologiya elmləri doktoru, professor, Qarabağ ədəbi mühitinin gözəl bilicisi Nazim Axundov öz köməyini gənc kollektivdən əsirgəməyib.

Elə həmin dönəmdə Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasət fonunda muzeyin ekspozisiya  zalları əsaslı təmir olunub və istifadəyə verilib.

XIX əsrdə Şuşada fəaliyyət göstərən şair və ədiblərin muzeydə əhatə olunması nəzərdə tutulub. Bu məqsədlə lazımi materialların toplanması üçün Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı, Beyləqan, Füzuli və bütün ətraf rayonların adamları ilə əlaqələr yaradılıb.

Muzey yaranan gündən zəngin ədəbi materiallar, eksponatlar, yazıçı və şairlərlə əlaqədar şəxsi əşyalar, qədim kitab və əlyazmalar toplanıb.

Qarabağ ədəbi mühitini əks etdirmək üçün həm də qədim dövrlərə aid müxtəlif məişət əşyalarının toplanmasına cəhd göstərilib.

Bununla belə, 1992-ci ilin mayın 8-də Şuşa şəhəri Azərbaycanın mənfur qonşuları tərəfindən işğal olunub. Azərbaycanın tarixini müqəddəs yurd yerlərimizdən silməyə çalışan düşmən tariximizə işıq salan hər şeyi məhv etməyə çalışıb, bununla izlərimizi o torpaqlardan silmək məqsədi güdüblər.

Elə Natəvanın bir zamanlar mədəniyyət beşiyi olan evi də bu vəhşilikdən “nəsibini” alıb.

Mədəniyyət abidəsinin indiki fotolarından da aydın olur ki, düşmən onu tamamilə məhv edib.

Muzeyin Şuşanın işğalından əvvəlki və azadlığına qovuşduqdan sonrakı fotoları da bu vandalizmi açıq şəkildə ortaya qoyur:


 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cəbrayıl polisi narkotacir qardaşları saxladı







Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA







Bakıda ikimərtəbəli evdə yanğın olub







Sumqayıtda ər arvadını hoteldə boğaraq öldürüb - VİDEO


Digər Müharibə xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.