23 Noy 2020
14:19
![]() |
23
Noy 14:19
![]() Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdi - VİDEO Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. XeberOxu.Az Baku TV-yə istinadən verdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb. Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində baxılıb. Təqdimat məhkəmə tərəfindən təmin edilib və Seyran Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib. 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində alıb. Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Onun və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumatlar yayılıb. Bundan başqa, Ermənistanın sabiq Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır. “Novosti Armeniya”nın xəbərinə görə Mnatsakanyan BMT-nin baş katibi Antonio Quttereşə noyabrın 20-də işlə bağlı müraciət edib. Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan aparmaq qərarına gəlib. Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Cəbrayıl polisi narkotacir qardaşları saxladı
Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA
Bakıda ikimərtəbəli evdə yanğın olub
Sumqayıtda ər arvadını hoteldə boğaraq öldürüb - VİDEO
|