Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV





.




11 Yan
2019
13:59
237



Bakıda sərxoş kişi şirkətin ofisinə hücum etdi (VİDEO)

Ötən gecə Bakıda xuliqanlıq hadisəsi qeydə alınıb.

Xeberoxu.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsi 142 D ünvanında baş verib. Mahir Quliyev adlı ortayaşlı şəxs qeyd olunan ünvanda "Unicapital" adlı ofisə hücum edərək oranın pəncərələrini qırıb, daha sonra içəriyə daxil olaraq ofisə ziyan vurub. Ofisdən çıxan M.Quliyev yol kənarında dayanan maşına da zərər vurub.

Hadisə ilə bağlı "Unibank" KB-dən Trend-ə bildiriblər ki, həmin şəxsin "Unicapital" ilə heç bir əlaqəsi yoxdur, o, sərxoş olduğundan nə etdiyini bilməyib:

"Ötən gecə saat 19.00 radələrində həddən artıq içkili və əlində kəsici alət olan bir şəxs "Unicapital" İnvestisiya şirkətinin Rəşid Behbudov küçəsi 142 D ünvanında yerləşən ofisinə hücum edərək, ofisin şüşəsini sındırıb, avadanlıqlara ciddi ziyan yetirib. Ofisin qarşısında başqa vətəndaşlara məxsus maşınlara da ziyan vurub. Hadisə barədə dərhal polis idarəsinə məlumat verilib və şəxs yaxınlıqdakı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb".

Adıçəkilən şirkətin rəhbərliyi tərəfindən Nəsimi rayon Polis idarəsinin 21-ci bölməsinə baş vermiş hücum hadisəsi və əmlaka vurulmuş ziyana görə şikayət ərizəsi təqdim edilib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az