# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
21:03
740

25
Mart
21:03



Bakıda təxirə salınan turnirin yeni vaxtı müəyyənləşəcək

Məlum olduğu kimi, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.

 Xeberoxu.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsi tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanılması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplanışlarının təşkili və Komitənin ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişikliklər edilib və bu barədə Komitə prezidenti İlqar Rəhimov tərəfindən müvafiq əmr imzalanıb.

Tədbirlər planına əsasən:

1. 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlər davam etdirilməli;

2. Milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq məşqləri evdə davam etdirməli;

3. Paralimpiya Oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki baza gücləndirilməli;

4. Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplanışları davam etdirilməli;

5. Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplanışları təşkil edilməli, baş məşqçilərə, xüsusən Paralimpiya Oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilərə yeni təlim-məşq toplanışlarının proqramı hazırlanmalı;

6. Mövcud vəziyyətlə əlaqədar olaraq 12-13 may 2020-ci il tarixlərində keçirilməsi təxirə salınan “IBSA JUDO GRAND PRIX BAKU 2020” və ölkədaxili digər yarışların yeni tarixləri müəyyən edilməli;

7. Yaponiyanın Sika şəhərində 10-18 avqust 2020-ci il tarixlərində Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün təlim-məşq toplanışının yeni tarixləri müəyyən edilməli;

8. Yeni tədbirlər planına uyğun olaraq maliyyə proqramı dəqiqləşdirilməli;

9. Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq beynəlxalq idman federasiyaları ilə işlər əlaqələndirilməli, qurulmuş beynəlxalq əlaqələr saxlanılmalı və yeni əlaqələr qurulmadır.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə bunları bildirib: “Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda bir-birinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi barədə verdiyi tapşırıqlara əsasən, hökumət bütün lazımi tədbirləri görür. Bizim işimiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, Oyunlara hazırlıq imkanlarını artırmaq və Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.