Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Avq
2019
11:31
3930

31
Avq
11:31



Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb -VİDEO

Hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları başa çatıb.

Müdafiə Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar iki mərhələdə ərazidə səmti müəyyənetmə bacarıqlarını sınayıb, idmançılar fərdi birincilik uğrunda mübarizə aparıblar.

"N" hərbi hissədə keçirilən mükafatlandırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yekun nəticələrə əsasən Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ikinci, Hərbi Hava Qüvvələrinin komandası isə üçüncü yerə çıxıblar.

Fərdi şəkildə qadın hərbi qulluqçular arasında mayor Cəmilə İrəfiyeva birinci, əsgər Pərvanə Heydərova ikinci, əsgər Nilufər Tarverdiyeva və əsgər Məryəm Ziyadxanova üçüncü yerə layiq görülüblər. Kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kapitan Adıköklü Xudeynatov ikinci və çavuş Nurlan Nəzərov üçüncü yerləri qazanıblar.

Yarışın qaliblərinə fəxri fərman, kubok və medallar təqdim olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi







Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR







Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar







Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az