Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
19:12
2052

16
Sen
19:12



Prezident şagirdləri və valideynləri təbrik etdi
“Çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar”.

Xeberoxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında çıxışı zamanı deyib.

O qeyd edib ki, son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb:

“Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq”.Dövlət başçısı vurğulayıb ki, bu məktəbdə bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib:

“Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə də nəticələr var.

Onu da bildirməliyəm ki, son illərdə müəllim peşəsini seçənlərin sayı artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədədir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb. Bir daha uşaqları, valideynləri, müəllimləri yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm.

Əminəm ki, burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tutacaqlar və dövlətimiz, xalqımız üçün böyük işlər görəcəklər, bizim ümumi inkişafımıza öz töhfələrini verəcəklər”.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az