Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
16:30
588

20
Sen
16:30



“Nargis” Fondunun dəstəyi ilə "Samsung" şirkətinin yeni layihəsi işıq üzü görüb

Quba məktəblərinin birində şagirdləri "Samsung" tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşıladı.

Technological Embrace layihəsi çərçivəsində, “Nargis” Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq, "Samsung" şirkətinin məhsulları ilə təchiz olunub və şagirdlərin istifadəsinə təhvil verilmişdir.

Qeyd edilən otaqda, buna misal olaraq, interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilmişdir. Belə ki, xüsusi Flip Board lövhəsi, adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir. Flip Board – “böyük həcmli” planşeti xatırladaraq, touchscreen üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir.

Sözü gedən virtual reallıq kabinələri isə şagirdlərə dinozavrlar dövrünə səyahət etməyə, vulkan püskürməsinə şahid olmağa və digər maraqlı simulyasiyaları öz gözləri ilə görməyə imkan yaradacaq.

Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasının imkanını yaradırlar.

Həmçinin, şagirdlərin rahatlıqla tədris materiallarını mənimsəmələri və sənədli və maarifləndirici filmlərdən faydalanmaları üçün kabinet Samsung televizoru ilə təchiz olunmuşdur.

Qeyd edək ki, bu otaq sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Texnoloji sinfin təntənəli açılış mərasimi sentyabr ayının 16-da baş tutmuşdur. Beləliklə yeni ildən başlayaraq şagirdlər interaktiv dərslərin üstünlüklərini hər tərəfli qiymətləndirə biləcəklər. Ətraflı məlumatı "Samsung Azərbaycan"ın "Facebook" və "İnstagram" səhifələrindən əldə edə bilərsiniz.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az