Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Sen
2019
15:02
663

23
Sen
15:02



BANM-in startapı ABŞ-ın məşhur biznes inkubasiya proqramına qəbul olunub

Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı "ThermoNorth" startapı ABŞ-ın “GIST” (“Global Innovation through Science and Technology”) biznes inkubasiya proqramına qəbul olunub.

İnkubasiya proqramının əsəs məqsədi dünya üzrə ən güclü elm və texnologiya startaplarını Amerikaya cəlb etmək və biznes tərəfini inkişaf etdirmək üçün onlara kömək etməkdir.

"ThermoNorth" layihəsi Hyustonda yerləşən “The Station Houston” və Vaşinqtondakı “WeWork” dünyaca məhşur startap mərkəzlərində inkişaf etdiriləcək.

"ThermoNorth" startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vaxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. Startap layihəsinin formalaşması və inkişafında BANM-in Kimya mühəndisliyi ixtisasının məzunları Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy və Yadigar Nəzərov iştirak edir.

Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji depolayıcı maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik “enerji akkumulyatoru” rolunu oynayır.

Mühərriki optimal temperaturda saxlamaq isə hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir sıra problemləri həll edir. Məsələn, artıq yanacaq sərfiyatı, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az