Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Sen
2019
17:13
939

23
Sen
17:13



Karateçilərimiz beynəlxalq turnirdə medalların sayını 6-a çatdırıblar

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirdə medalların sayını 6-ya çatdırıblar.

Azərbaycan Milli Karate Federasiyasından XeberOxu.Az-a verilən məlumata görə, turnirin növbəti günləri Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, -76 kq) qızıl, Tural Balcanlı (kata) isə bürünc medal qazanıb. Böyüklərin yarışında Nuri Əliyev (-60 kq), Samir Məmmədov (-75 kq) və Əli Cəfərov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən veriblər.

Xatıqladaq ki, turnirin ilk günləri Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşl yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşl yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.

20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"-də 12 ölkədən 412 karateçi iştirak edib.

Yarış həm də yeniyetmə və gənclər milli komandasının baş məşçqisi Anar Allahverdiyevin rəhbərliyi ilə oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az