25 Fev 2021
15:48
![]() |
25
Fev 15:48
![]() İranda 94 nəfər koronavirusdan ölüb İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb. XeberOxu.Az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 830 nəfərə yüksəlib. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 206 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 607 081 nəfərə çatıb. Virus daşıyıcılarından 3 712 nəfərin vəziyyəti ağırdır. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 372 309 nəfər koronavirusdan sağalıb. İranda indiyədək 10,6 milyondan çox diaqnoz testi həyata keçirilib. İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 31 rayon narıncı, 252 rayon sarı, 154 rayon isə mavi zona hesab olunur Nazirlik rəsmisi bildirib ki, İranda indiyədək 112 nəfər koronavirusun “Britaniya” ştammına yoluxub. Onlardan 8 nəfəri ölüb. İndiyədək mutasiyaya uğramış yeni versiya İranın 11 vilayətində aşkarlanıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO
Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb
Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama
18 yaşlı qız su kanalında batdı
|