XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



25 Fev
2021
18:16
1132
25
Fev
18:16



Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib

Finlandiya Azərbaycanlıları Assosiasiyası və Azərbaycanlı Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Finlandiya parlamentinə, ölkənin insan hüquqları üzrə müvəkkilinə və Avropa Parlamentində təmsil olunan fin deputatlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı və Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtayın imzaları ilə sözügedən qurumlara və siyasətçilərə ünvanlanan müraciətdə XX əsrin böyük faciəsi adlandırılan Xocalı soyqırımı barədə müfəssəl məlumat verilib.

Bildirilib ki, Ermənistanın təcavüzkar hərəkətləri bütün beynəlxalq konvensiyalara, qətnamələrə, hüquq normalarına, prinsiplərinə və insanlığa ziddir. Ermənilərin törətdikləri soyqırımı təkcə azərbaycanlıları deyil, dünyanın bütün tərəqqipərvər və vicdanlı insanlarını kədərləndirib.

Dünyanın bir sıra ölkələrinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını rəsmən tanıdığını xatırladan müəlliflər Finlandiya qanunvericilik orqanını da bu addımı atmağa çağırıblar: "İnanırıq ki, hümanist dövlət kimi Finlandiya bu hadisəyə və böyük fəlakətə biganə qalmayacaq. XX əsrin sonunda baş vermiş Xocalı qırğınına hüquqi-siyasi qiymət veriləcək və insanlığa qarşı soyqırımı kimi dəyərləndiriləcək".


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.