XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



25 Fev
2021
20:43
940
25
Fev
20:43



Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Gənclər Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Xocalı soyqırımı 29 il yaddaşımızda” adlı onlayn görüş təşkil edib.

150-yə yaxın gəncin qatıldığı görüşdə beynəlxalq maarifləndirmə kampaniyasının nümayəndəsi Cəbrayıl Fərzəliyev bu kampaniyanın fəaliyyəti haqqında məlumat verib. O, Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılmasında “Xocalıya ədalət!” kampaniyasının mühüm rolunu, eləcə də gənclərimizin həm ölkə daxilində, həm də xaricdə bu kampaniya çərçivəsində həyata keçirdikləri fəaliyyətlərin vacibliyini qeyd edib.

Daha sonra Xocalı şahidi, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova həmin gecənin dəhşətləri haqqında danışıb. O, erməni canilərinin Xocalıda xalqımıza qarşı törətdiyi amansız cinayəti görmüş şahid olaraq, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ildən sonra Ermənistan üzərində əldə etdiyimiz şanlı qələbə, torpaqlarımızın geri qaytarılması ilə bağlı keçirdiyi qürur və sevinc hissini gənclərlə bölüşüb.

Tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.