Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Sen
2019
10:46
792

03
Sen
10:46



Bakının bu rayonlarında binalar söküləcək: Kompensasiya məbləği açıqlandı – ÜNVANLAR
Bakının altı rayonunda yerləşən və kəskin qəzalı vəziyyətdə olan 17 bina söküləcək. 

Xeberoxu.az xəbər verir ki, paytaxtda söküləcək qəzalı binalarla bağlı qərarı Bakı Şəhər İcra Hakimiyyəti verib. 

Kəskin qəzalı binalar Bakının Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşir. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Binəqədi rayonunda yerləşən iki ünvanda qəzalı vəziyyətdə olan binaların sakinlərinə 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə isə min manat ödənilməsi nəzərdə tutulub. Bu barədə  Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib:

“Müvafiq komissiya tərəfindən verilmiş qərara görə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 41 və Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı 2 girişli 5 mərtəbəli yataqxana tipli binalarda yaşayan sakinlərə, 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. Prosesə iyul ayından başlanılıb. Hazırda vətəndaşlarla razılaşmalar aparılır. Bu ünvanlarda olan yataqxanalarda köçürülmə prosesinə başlanılıb. Bu günə qədər 90 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır. Həmin sakinlərin sənədlərinin öyrənilməsinə əlavə vaxt tələb olunduğundan, köçürülmə prosesi mərhələli şəkildə davam etdirələcək.”

Qeyd edək ki, Bakının 6 rayonunda yerləşən kəskin qəzalı vəziyyətdə olan və söküləcək binaların siyahısnı təqdim edirik:

BAKININ RAYONLARINDA SÖKÜLƏCƏK KƏSKİN QƏZALI BİNALAR

Binəqədi rayonu

8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41,

 

Koroğlu Rəhimov küçəsi 53A

Yasamal rayonu

M.A.Əliyev küçəsi 150

Səbail rayonu 

20-ci sahə, A.İsmayılov küçəsi 51

 

Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

 

A.Əsədullayev küçəsi 27

 

M.Rəsulzadə dalan 3, ev 2

Sabunçu rayonu

B.Bünyadov küçəsi, 7A

 

2 Aprel küçəsi, ev 8A

 

2 Aprel küçəsi-18

 

D.Pişəvari küçəsi 13Q

 

D.Pişəvari küçəsi 15

 

Park küç-32

 

S.Bəhlulzadə dön-17 ev- 15

Suraxanı rayonu

İ. Məmmədov küç. 6

 

İ. Məmmədov küç-8

Xətai rayonu 

General Şıxlinski küçəsi 42


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az