Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
04:00
2166

05
Iyun
04:00



Bakının ən fərqli moda layihəsi "Best Mom Prince & Princess"

Bakının ən fərqli moda layihəsi hesab olunan "Best Mom Prince & Princess"ana-uşaq moda layihəsinin Qala Gecəsi böyük maraqla qarşılandı.

Xeberoxu.az-ın  məlumatına görə, artıq 6-cı dəfə idi ki təşkil olunan tədbir həm iştirakçıların, həm də tanınmış simaların rəğbətini qazanmağı bacardı. Layihənin rəhbəri, ana-bala dəbi üzrə həvəskar dizayner Günay Vəliyevadır. Tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdi və «High Life Fashion and Model» Academy-nin prezidenti Mübariz Allahverdizadənin dəstəyi ilə keçirilir. Gecənin açılışını gənc, istedadlı xanım, bəstəkar Məryəm Əlibəylinin tələbəsi Sübhanə Acalova etdi. Daha sonra ana-övlad bağının dəb forması müxtəlif konseptlərdə izləyicilərə təqdim olundu. Peşəkarlardan ibarət münsiflər heyətinin balları əsasında iştirakçılar arasında qaliblər müəyyənləşdi:

«Ana-qız» qalib cütlüklər

Birinci yer - Səbinə Qəniyeva və qızı Sofiya

İkinci yer - Abutalıbova Ayan və qızı Məryəm

Üçüncü yer - Məlikova Cəmilə və qızı Aliya

«Ana-oğul» qalib cütlüklər

Birinci yer - Abbasova Pərvanə, oğulları Hüseyn, Əli, Mustafa

İkinci yer - Rüstəmzadə Gülər və Nicat

Üçüncü yer - Xankişiyeva Amaliya və oğlu Kamal

Gecədə iştirak edən uşaq modellər, eyni zamanda «Baku City Kids Group»un uşaq modelləri öz fərqli çıxışlarına görə mükafat və sertifikatı ilə təltif edildilər. Layihənin münsiflər heyətininin tərkibinə "High Life Fashion & Model Academy"nin prezidenti Mübariz Allahverdizadə, müğənni Aygün Şükürova, aparıcı Aytəkin Mərdanova, müğənni Ayaz Qasımov, müğənni Nicat Məhərrəmov, peşəkar fotoqraf Nigar Həsənova, prodüser Mədinə Malik, psixoloq Nuriyyə Quliyeva, modelyer-dizayner Günel Yusifova, dizayner Elnarə Mirsəlimova, modelyer Bahar Abbasova, modelyer Nərmin Yavərqızı, Purple Cake & Flowers Butikin rəhbəri Halime Coshkun, daxil idi. Musiqili-əyləncəli xarakter daşıyan "Best Mom Prince & Princess" layihəsi qaliblərin və bütün istirakçıların mükafatlandırılması ilə başa çatdı. Gecənin aparıcısı Nicat Həsənzadə idi.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az