05 Fev 2021
12:44
![]() |
05
Fev 12:44
![]() "Equinor" Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib "Equinor" şirkəti Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib. XeberOxu.Az-a şirkətdən bildiriblər ki, ofislərin bağlanması "Equinor"un "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsindən çıxması ilə əlaqədardır. Şirkət layihədəki 15,5 faiz payını Malayziyanın "Petronas" şirkətinə satıb: "Azərbaycan "Equinor"un ən iri və uzunmüddətli beynəlxalq tərəfdaşlarından biridir. Biz ölkədəki fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Hazırda SOCAR-dakı tərəfdaşlarımızla "Qarabağ" yatağının işlənməsi layihəsi üzrə investisiya qərarının qəbul olunması ilə bağlı iş gedir". Şirkətdən onu da bildiriblər ki, "Equinor" pandemiya səbəbi ilə yaranan çətinliklərlə əlaqədar "Aypara" strukturunda qazma işlərini təxirə salıb: "Qazma işlərinin müddəti barədə danışmaq hələ tezdir". ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İmişlidə 26 yaşlı gənc intihar etdi
Abşeronda avtomobil piyadanı vurdu
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda özünü dənizə atan şəxs xilas edilib
|
|