XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Fev
2021
20:44
8092
08
Fev
20:44



İran Fars körfəzindəki ən böyük adaya qaz çəkir

İran 7-ci qaz nəqli boru kəmərindən Fars körfəzində yerləşən ən böyük adaya - Qeşm adasına qaz boru kəməri çəkməyə başlayıb.

Bunu İranın Milli Qaz Şirkətinin texnologiya və araşdırmalar idarəsinin müdiri Möhsün Məzlum Farsibaf Qeşm Azad Ticarət Zonasında neft, qaz və neft-kimya sektorunda investisiya imkanlarının tanıtdırılması üzrə keçirilən konfransda deyib. Bu barədə IRNA-ya  məlumat verir.

M.M.Farsibafın sözlərinə görə, gələn ilədək Qeşm adasının qazla təmin olunacağı gözlənilir. 59 km uzunluğunda boru kəmərinin çəkilməsi üçün 25 milyon avro vəsait ayrılıb.

Farsibaf əlavə edib ki, ilk mərhələdə Qeşm adasında gündəlik 25 milyon kubmetr qazın nəql olunması nəzərdə tutulub. Bu qaz boru kəməri Fars körfəzinin dibi ilə çəkilir.

“İranda qaz hasilatı potensialı artıb. Hal-hazırda İranda 6 milyon barel xam neft ölçüsündə təbii qaz hasil olunur” –deyə o qeyd edib.

Qeyd edək ki, İranın gündəlik təxminən 2 milyon barel xam neft və 930 milyon kubmetr zəngin qaz hasil etdiyi bildirilir.

Əlavə edək ki, İranın 7-ci qaz nəqli xəttinin uzunluğu 902 km-dir. Bu qaz xətti İranın cənubunda Buşehr vilayətindən başlayaraq İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinə qədər uzanır.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








İmişlidə 26 yaşlı gənc intihar etdi








Abşeronda avtomobil piyadanı vurdu








Bakıda 43 yaşlı kişi bıçaqlandı








Bakıda özünü dənizə atan şəxs xilas edilib


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.