XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Fev
2021
21:37
3930
21
Fev
21:37



“Milyonlar qazanırsınız, ordan müğənnilərə də pul ayırın” - Oqtay Əliyevə cavab - VİDEO

“MÜHARİBƏ VAXTI TÜRKİYƏDƏ İDİNİZ, YƏQİN XƏBƏRİNİZ OLMAYIB”

Müğənni Xatirə İslam "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin onun haqda tənqidi fikirlərinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, Xatirə efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarını şərh edən Oqtay Əliyevə belə cavab verib:

“Oqtay bəy, yadınızdadır, ATV-nin rəhbərinin otağında oturmuşdunuz. Məndən efir üçün pul istədilər. Dedim ki, pulum yoxdur, efirə pulsuz çıxmaq istəyirəm. Dedilər ki, çıx çölə. Orada söylədim ki, pul ödəmirəm, amma bir gün özünüz məni efirə çağıracaqsınız. Siz güldünüz, amma bu gün elədir. İndi mən deyirəm mənə pul ver.

Sizi çox istəyirəm. Deyirsiz,  müharibə dövründə ortalıqda az müğənnilər göründü. Mən qadınam, evimdə idim. Siz kişisiniz, bəs siz harada idiniz? Sizi görmədim. 44 gün ərzində "Əsgər marşı"m bütün marketlərdə səsləndi. Əsgər ailələrinə baş çəkmişəm. İnsan etdiyini deməz, amma indi məcburam. 20 şəhidin evinə getmişəm, necə lazımdır. Əsgərlərə əlimdən gələni göndərdim. Xankəndinə aid mahnı oxudum və Azərbaycanı silkələdim. Əgər siz eşitməmisinizsə, deməli, Azərbaycanda olmamısınız. Əlimdən gələni etmişəm, gedib vuruşası deyildim.

Layihə edirsiniz, sms səsvermə olur, milyonlar qazanırsınız. Oradan müğənniyə pul ayırın. Bu, diqqətdir. İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim. Müharibə vaxtı Türkiyədə idiniz, yəqin ona görə gördüyüm işlər haqda bilməmisiniz".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.