XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
08:00
4065
28
Fev
08:00



“Realme Narzo 30 Pro 5G” smartfonu təqdim edilib

"Realme" şirkəti orta səviyyəli "Narzo 30 Pro 5G" smartfonunu nümayiş etdirib.

Xeberoxu.Az ictnews.az-a istinadən bildirir ki, qurğu 120 giqahers olmaqla yüksək yeniləmə tezliyinə malik 6,5 düym diaqonallı ekranla təchiz edilib. 2400 × 1080 pikselli "Full HD " formatlı matrisa tətbiq edilib. Ekran ön səthin 90,5 faizini əhatə edir. Panelin sağ yuxarı küncündə kiçik kəsikdə 16 meqapikselli ön kamera yerləşir.

Əsas kamera üç obyektivdən ibarətdir. Bu, maksimal f/1,8 diafraqmalı 48 meqapikselli blok, ultraenlibucaqlı optikalı (119 dərəcə; f/2,3) 8 meqapikselli modul, eləcə də 2 meqapikselli makromoduldur.

2,4 takt tezlikli səkkiznüvəli, "ARM Mali-G57 MC3" qrafik bloklu və "5G" modemli "MediaTek Dimensity 800U" prosessorundan istifadə edilib. Qurğu enerjini 30 vatlıq "Dart Charge" sürətli enerjidoldurma dəstəyinə malik 5 min milliamper/saat tutumlu güclü akkumulyatordan alır.

Smartfon yan daktiloskopik skaner, "Wi-Fi 802.11ac" (2,4/5 giqahers) və "Bluetooth 5" adapterləri, "Dolby Atmos" audiosistemi, qulaqcıq üçün 3,5 millimetrlik çıxış və "USB Type-C" portu ilə təchiz edilib. Qabaritlər 162,2 × 75,1 × 9,1 mm, çəki 194 qram təşkil edir.

Smartfona "Realme UI" proqram təminatlı "Android 10" əməliyyat sistemi quraşdırılıb. "Realme Narzo 30 Pro 5G" modeli 6 və 8 giqabaytlıq operativ yaddaş, 64 və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyalarda buraxılıb. Qiymət müvafiq olaraq 235 və 275 dollara bərabərdir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Maraqlı xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.