XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



02 Mart
2021
21:15
1130
02
Mart
21:15



Tokio Olimpiadasının təşkilat komitəsinin 42 faizini qadınlar təşkil edəcək

Tokio Olimpiadasının təşkilat komitəsində çalışan qadınların ümumi sayının artırılması planlaşdırılır.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin Baş katibi Toşiro Muto jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, komitəyə daha 12 qadın işçinin cəlb edilməsi ilə onların ümumi sayının 42 faizə çatdırılması planlaşdırılır. 

Bundan əvvəl Tokio Olimpiadasının təşkilat komitəsinin yeni seçilmiş rəhbəri Seyko Haşimoto qurumda çalışan qadınların sayını 40 faizə çatdıracağını vəd etmişdi.

Təşkilat komitəsinin yeni rəhbərinin seçimi bu vəzifəni tutan Yoşiro Morinin istefasından sonra – fevralın 18-də baş tutub.

Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri, 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi fikirlərə görə kəskin tənqid edilib və istefa verməli olub.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.


 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.