XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



02 Mart
2021
20:34
1162
02
Mart
20:34



Şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib

Bakı Şəhər, Cəlilabad Rayon Gənclər və İdman idarələrinin və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə şəhid kapitan, Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib.

 XeberOxu.Az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, açılış mərasimində İdarənin rəisi Raqif Abbasov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Elnarə Həsənova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Fikrət Sideifzadə, Cəlilabad rayon Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Hüseynov, şəhidin atası Arif Abdullayev, həyat yoldaşı Gülnar Abdullayeva, müəllimi Firudin Zeynalov iştirak ediblər.

Raqif Abbasov tədbirdə çıxış edərək belə igid və qəhrəman övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib. O, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rəşad Abdullayevin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib. R.Abbasov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.

Açılış mərasimindən sonra onlayn şahmat turnirinə start verilib. Səksəndən çox şahmatçının iştirak etdiyi turnirdə ən yüksək nəticə göstərən Amin Qurbanov, Nərmin Abdinova, Yunis Mahmudzadə ilk üçlükdə qərarlaşıblar.

Qızların arasında Fatimə Mirzəliyeva birinci yerə layiq görülüb. Leyla Budaqova və Aytac Məmmədova isə ikinci və üçüncü yerləri tutublar.


 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.