XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



03 Mart
2021
17:49
660
03
Mart
17:49



Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı

Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer A. Martinez Berroteran ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb.

“Yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər  tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda - sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır”, - deyə spiker əlavə edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir.

Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu:

“İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi  Venesuela xalqını da sevindirib”.

Sahibə Qafarova deyib ki, Azərbaycan Venesuela Bolivar Respublikası ilə parlamentlər səviyyəsində münasibətlərini dərinləşdirmək niyyətindədir.

“Hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşdirilməsinə öz müsbət təsirini göstərər”.

Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər.

“Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər”, - deyə səfir bildirib.

Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə spikerə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.