XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



03 Mart
2021
20:02
676
03
Mart
20:02



Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərəc olunub

Niderlandın nüfuzlu qəzeti və qəzetin eynidlı saytında ("https://krant.franekercourant.nl) Xocalı soyqırmı ilə bağlı məqalə dərəc olunub.

XeberOxu.Az-ın məlumatına görə,  Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli və təşkilaın sədr müavini Ələkbər Həşimovun fikirləri əsasında hazırlanmış məqalədə Xocalı soyqrımı haqqında geniş məlumat verilib.

Jurnalist məqalədə Xocalıda törədilənləri soyqırımı və qara səhifə adlandırıb. Həmçinin, vurğulanıb ki, Azərbaycan xalqı 29 il bundan öncə 26 fevral 1992-ci ildə törədilən soyqırımını hər il yad edir, anım mərasimləri təşkil edir.

Elxan Mirhəşimlinin fikirlərinə yer verilən yazıda bildirilib ki, Niderlandda yaşayan Azərbaycan icması Xocalı soyqrımının Niderlandda tanınmasını istəyir: “Azərbaycan müharibə istəmir. Biz sülh tərəfdarıyıq, erməni xalqı ilə problemimiz yoxdur. Xocalıda soyqırımı törədənlərin isə məhkəmə qarşısında cəzalanmasını tələb edirik ki, gələcəkdə bu cür soyqrımılar baş verməsin”.

Yazıda, həmçinin vuğrulanır: “Elxan Mirhəşimli işğaldan azad edilən Qubadlını, anadan olduğu və böyüyüb boya-başa çatdığı öz ata ocağını görmək istəyir. Amma Elxan Mirhəşimlinin evini ermənilər yandırıb, ərazi isə minalanıb, buna görə də evinə gedə bilmir".

Eyni zamanda, Azərbaycan mədəniyyəti, Novruz bayramı, mətbəximiz, Bakıda keçrilən Formula 1 yarışması, Azərbaycanın turizm potensialı barədə bəhs edilir və Azərbaycan dağlarının Avstriya və İsveç Alp dağlarına bənzədiyi qeyd edilir.

Yazıya buradan daxil olmaq mümkündür:

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.