Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
00:57
324

03
Dek
00:57



Balaca gimnastımız Mina Abbasova bir ayda dördüncü medalını qazanıb

Budapeştdə bədii gimnastika üzrə X beynəlxalq "Yeni il" kuboku turniri keçirilib. Turnirdə Macarıstanla yanaşı, Azərbaycan, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya və İrlandiyanı təmsil edən 21 klubdan 400-ə yaxın gimnast mübarizə aparıb.

XeberOxu.Az-ın   məlumatına görə, həmyerlimiz - on yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinci olub. Bununla da balaca gimnastımız noyabr ayı ərzində dördüncü medalını qazanıb. Bu, onun ümumilikdə 39-cu (15 qızıl, 20 gümüş, 4 bürünc) medalıdır.

M.Abbasovadan başqa Azərbaycanı bu yarışlarda "Gym Kids" klubunun üzvləri də təmsil ediblər. Müxtəlif yaş qruplarından olan gimnastlarımız - Fatimə Əlizadə (2012), Aybəniz Qafarova (2014), Samirə Rzayeva (2014), Daniela Səfərova (2010) birinci yeri tutublar.

Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Haşimova (2010) gümüş medallarla kifayətlənməli olublar.

Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadıqları Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya gələn Mina məhz "Gym Kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının Macarıstanda qazandığı uğurlar Minanı da hədsiz sevindirib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.