XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



11 May
2021
13:42
4540
11
May
13:42



Yol polisi katalizator məsələsi ilə bağlı suallara aydınlıq gətirib

Son günlər "Toyota Prius" markalı avtomobil idarə edən sürücülər yol polisindən narazılıq edir. Onların müraciətindən belə anlaşılır ki, Azərbaycanda mövcud olan bu tipli nəqliyyat vasitələrinin əksəriyətinin katalizatoru yoxdur və yol polisi bunu aşkar etdiyi üçün sürücülərə cərimə yazır. Artıq yüzlərlə belə sürücü saxlanılıb və araşdırma zamanı həqiqətən də onların idarə etdiyi avtomobildə katalizatorun olmadığı aşkarlanıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır: "Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir: "Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomolləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə hər birimiz bu sahəfə öz məsuliyyətimizi dərk etməliyik".

Ekspert Elməddin Muradlı isə hesab edir ki, gələcəkdə bu cür avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır və yaxud, ölkəyə gətirilməzdən əvvəl ciddi şəkildə yoxlanılmalıdır. Bu cür qüsurlar varsa nəqliyyat vasitəsi ölkəyə buraxılmamalıdır ki, sonradan belə fəsadlar ortaya çıxmasın.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub








Mağazadan sərt disk oğurlayan şəxs saxlanılıb – YENİLƏNİB + VİDEO








Lənkəranda yeniyetmə bıçaqlanıb








Zaqatala sakininin ölümü ilə bağlı cinayət işi açılıb


Digər Avto-Moto xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.