XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



15 May
2021
14:05
1005
15
May
14:05



Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

Türkiyə milli komandasının Şimali İrlandiya yığması ilə yoldaşlıq görüşü ləğv olunub.

Bu barədə "ay-ulduzlular"ın baş məşqçisi Şenol Güneş açıqlama verib. 69 yaşlı mütəxəssis belə bir qərarı Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldan alınmasının ardından Şimali İrlandiya Futbol Assosiasiyasının qəbul etdiyini bildirib.

Böyük Britaniya hökuməti Türkiyəni koronavirusun geniş yayıldığı ölkələrdən biri kimi "qırmızı siyahı"ya salıb. Bu səbəbdən, Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionuna keçirilib.

Türkiyə - Şimali İrlandiya görüşü mayın 31-də keçirilməli idi. Bu, mayın 27-də Azərbaycanla nəzərdə tutulan yoldaşlıq görüşündən sonraya təsadüf edəcəkdi. Şimali İrlandiyanı hansı ölkənin əvəzləyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanya Bahçeşehir Okulları və ya "Oba" stadionunda keçiriləcək.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ağdaş sakini 53 yaşlı qardaşını güllələyib öldürdü








Keçmiş məhkum silahla küçədə yaxalanıb








Qarabağa qanunsuz silah daşıyan şirkətlərlə bağlı xarici ölkələrə vəsatətlər göndərildi








Tərtərdə ər arvadını küçədə qətlə yetirdi


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.