XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



15 May
2021
16:30
1233
15
May
16:30



Şəhid ailələrinə verilən evlərlə bağlı AÇIQLAMA – FOTO

Ağdaş rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş bəzi fərdi evlərin guya keyfiyyətsiz, yaşayış üçün yararsız, yarımçıq  halda tikilərək sahiblərinə təqdim edildiyi barədə yayılan məlumat həqiqəti əks etdirmir. 

Bu barədə Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, Ağdaş rayon sakinləri Baxşəli və Tərlan Səfərovlar üçün fərdi evlərin ötən ilin dekabr ayında inşası yekunlaşıb, müasir tələblərə uyğun yaşayış şəraitinə malik evlər kimi təhvil-təslim aktları əsasında onlara təqdim olunub:

“Mənzillərin bütün lazımi aksessuarlarla, kommunal sistemlə təchizat işləri də aparılıb. Evləri təhvil alan şəxslər də həmin vaxt evlərin inşasından, evlərdə yaradılmış yaşayış şəraitindən, evlərdəki təchizatdan razılıqlarını ifadə ediblər. Bu razılıqlarını təhvil-təslim aktlarında da öz imzaları ilə təsdiqləyiblər.  

Təhvil verilərkən evlərin, mənzillərdə yaradılmış şəraitin fotoları çəkilib. Təqdim etdiyimiz həmin fotolarda da aydın görmək olar ki, evlər təhvil verilərkən onlarda normal şərait, təchizat olub. Müqayisə etdikdə aydın görmək olur ki, həmin mənzillərdə sonradan belə acınacaqlı vəziyyət yaradılıb, divar kağızları da qəsdən qoparılıb, divarlara, qapılara da ziyan vurulub. Evlərdə quraşdırılmış aksessuarlar da sonradan sökülüb. Görünən bəzi noqsanlar, fəsadlar isə evlər təhvil verildikdən sonra onlarda uzun müddət yaşayış olmaması, evlərin uzun müddət sahibsiz, baxımsız buraxılması səbəbindən yaranıb”.

M.Həşimov onu da əlavə edib ki, vətəndaşın günahı ucbatından yaranmış həmin nöqsanların da aradan qaldırılması üçün cari təmir işləri görülməsi üçün aidiyyəti podratçı şirkətə tapşırıq verilib:

“Vətəndaşlar tərəfindən məsuliyyətsizcəsinə belə yalan məlumatın verilməsi böhtan xarakteri daşıyır. Məlumatdakı sujetdə eyni zamanda bəzi ətrafı hasarlanmamış, yarımçıq fərdi evlər də göstərilir.  Onlar 2016-cı ildə podratçı şirkət tərəfindən müvafiq dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi nəticəsində yarımçıq, yararsız halda tiklimiş, bu səbəbdən hələ istifadəyə verilməmiş evlərdir. Bu səbəbdən həmin şirkət rəhbəri hazırda həbsdədir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 2020-ci ildə də əvvəlki ilə nisbətən 70 faiz çox olmaqla 1572 mənzil və ya fərdi ev təqdim olunub. 

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə isə  11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu ilin planı üzrə həmin kateqoriyalardan olanlara artıq 420, ümumilikdə indiyədək 9620 mənzil və fərdi ev verilib. Cari ildə onlar üçün 450 fərdi ev də tikilərək təqdim olunacaq.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ağdaş sakini 53 yaşlı qardaşını güllələyib öldürdü








Keçmiş məhkum silahla küçədə yaxalanıb








Qarabağa qanunsuz silah daşıyan şirkətlərlə bağlı xarici ölkələrə vəsatətlər göndərildi








Tərtərdə ər arvadını küçədə qətlə yetirdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.