XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



15 May
2021
17:50
891
15
May
17:50



Azərbaycan çempionatının medalları "Dalğa Arena"da təqdim olunacaq

Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.

Bu barədə  Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, tədbir "Neftçi" və "Qarabağ" arasındakı XXVIII tur matçının ardından təşkil olunacaq.

Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək."Qarabağ" uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.

3-cü yerin sahibinin adına isə daha tez - "Səbail" - "Sumqayıt" və "Sabah" - "Zirə" oyunlarının ardından aydınlıq gələcək. "Zirə" xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk "3-lük"də bitirəcək.

Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi "Dalğa Arena"ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.

PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.

Qeyd edək ki, "Sabah" - "Zirə" və "Səbail" - "Sumqayıt" matçları saat 18:00-da, "Neftçi" - "Qarabağ" qarşılaşması isə saat 20:30-da başlanacaq. Hazırda "Qarabağ"ın 57, "Neftçi"nin 56, "Zirə"nin 38, "Sumqayıt"ın 36 xalı var.

Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ağdaş sakini 53 yaşlı qardaşını güllələyib öldürdü








Keçmiş məhkum silahla küçədə yaxalanıb








Qarabağa qanunsuz silah daşıyan şirkətlərlə bağlı xarici ölkələrə vəsatətlər göndərildi








Tərtərdə ər arvadını küçədə qətlə yetirdi


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.