Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
17:54
882

02
Sen
17:54



Balakəndə meşədə narkotik bitki becərən dəstə saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini, onların qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə ifşa olunub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əkini və onların qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov şübhəli şəxs qismində saxlanılıb.

E.Mustafayevin yaşadığı evə baxış keçirilən zaman zirzəmidən bir ədəd çantada 886 qram qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə 14,151qram tiryək, eyni zamanda pnevmatik tapança, bir ədəd tüfəng patronu aşkar edilərək götürülüb.

Keçirilmiş tədbirlərin davamı olaraq E.Mustafayev Z.Dibirov və digər 3 nəfər tanışı ilə qabaqcadan əlbir olaraq meşəlik ərazidə qanunsuz olaraq əkib-becərdikləri 339 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitkilərdən əldə etdikləri 215 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Tədbirlər davam etdirilir.

RPŞ əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, şəhər sakinləri İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Polis Şöbəsinə gətiriliblər. Onların əvvəlcədən bir qrup şəxs halında birləşərək dağlıq ərazidə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduqları aşkar edilmiş və həmin əraziyə baxış keçirilən zaman oradan yaş vəziyyətdə 163 kq-a yaxın olan çətənə bitkiləri, həmin ərazinin kənarından 1 kq 446 qr qurudulmuş marixuana və 985 qr quru vəziyyətdə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bu cinayət əməlində iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Balakən polisinin keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki dağ-meşə massivində 215 ədəd çətənə bitkisi, həmin sahənin kənarında yerə qurutmaq üçün sərdikləri ümumi çəkisi 8 kq-dan artıq qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş tədbirlərlə həmin ərazidə narkotik vasitələr becərən və saxlayan şəxslərin qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev olduğu müəyyən edilmişdir. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az