Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
08:30
855

19
Sen
08:30



Bank Respublika" təcrübə proqramı üzrə vakansiya elan edir

TƏCRÜBƏ PROQRAMI (Cəlilabad, Masallı)

Bank Respublika ASC istedadlı və motivasiyalı kollec, universitet tələbələri və yeni məzunlar üçün TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz Bankın müxtəlif sahələrində bilik və bacarıqlarınızı tətbiq edə biləcəyiniz, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.

Maraqlanan şəxslərin öz CV-lərini 22 sentyabr 2019-cu il tarixinədək hr@bankrespublika.az ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər VAKANSiYA xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az