30 Iyun
2020
07:51
1093

30
Iyun
07:51



Banqladeşdə bərə qəzası baş verib, azı 30 nəfər həlak olub

Banqladeşin paytaxtı Dəkkədən keçən Buriqanqa çayında baş verən bərə qəzasında 30 nəfər həyatını itirib. Qəzada ölənlərin cəsədlər sudan çıxarılıb.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Səhər quşu” adlı bərə səhər saatlarında qayıqla toqquşma nəticəsində aşıb. Mülki Müdafiə Qərargahından bildiriblər ki, ilkin ehtimala əsasən, bərədə 50-60 nəfər olub. Şahidlərin sözlərinə görə, bəzi sərnişinlər üzərək sahilə çıxa biliblər. Hazırda itkin düşmüş hesab olunan digər şəxslərin axtarışları davam edir. Çayın güclü axını və dalğalar axtarış işlərini çətinləşdirib. Tapılan 30 cəsəd arasında 8 qadın və 3 uşaq var.

Qeyd edək ki, bərə Banqladeşdə ən çox istifadə olunan nəqliyyat növlərindən biridir. Bərələr çox vaxt texniki imkanlarından artıq sayda sərnişin daşıyır.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.