Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
14:41
645

01
Okt
14:41



Baş Nazirin müavini: Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir

Vətəndaşa diqqət və qayğı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsidir.

Xeberoxu.Az-ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə deyib.

Ə.Əhmədovun sözlərinə görə, hökumət çalışır ki, hər bir Azərbaycan vətəndaşının daha yaxşı, firavan həyatı olsun.

İcra katibi bildirib ki, Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir: “Ahıllara dövlət qayğısının artırılmasına yönələn işlər ildən-ilə genişləndirilir. Dövlət himayəsində yaşayan ahıl insanların normal yaşayış şəraiti, sosial müdafiəsi təmin olunub".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş - xalq dayanır: "Bu gündən minimum pensiyanın məbləği 200 manata çatdırılıb. Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın, onların problemləri həll edilsin. Dövlət hər birimizindir. Dövlətin bu yerə çatmasında hər bir vətəndaş töhfəsini verib. Dövlət də bunun müqabilində onlara diqqət və qayğı göstərir".

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi







Bu il 39 hakim cəzalandırılıb, 6 hakim işdən çıxarılıb







"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı







BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.