Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyul
2019
13:32
810



Baş Polis İdarəsi küçə ticarətçilərinə müraciət etdi: Normalara riayət edin!

Paytaxtda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi məqsədilə satış-yarmarkaların təşkili üçün rayonlarda müvafiq yerlər ayrılıb. Müasir standartlara uyğun və qapalı formada təşkil olunan satış-yarmarkalarında istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb.

Buna baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarında fəaliyyət göstərən bəzi satıcılar müəyyən olunan yerlərdən və qaydalardan kənara çıxaraq, piyada səkilərində, avtomobil yollarında qanunsuz küçə ticarətinin aparılmasına çalışırlar. Qida məhsullarının dövriyyəsi zamanı insanların təhlükəsizliyinə olan gigiyenik tələblərə əməl olunmur. Nəticədə paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur.

XeberOxu.az xəbər veriki,  Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

İrarə rəsmisi bildirib: "Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər".

Polis satıcıları müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmir, müəyyən olunan normalara əməl etməyə çağırır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az