XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



19 Noy
2021
17:37
709
19
Noy
17:37



Baş prokuror Litva səfiri ilə görüşüb

Noyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasla görüşüb.

Baş Prokurorluqdan Xeberoxu.Az-a verilən məlumata görə, görüşdə Baş prokuror ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Litvanın hüquq mühafizə orqanları ilə illərdir uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edilərək Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi və Azərbaycan Prokurorluğu arasında cinayət yolu ilə əldə olunmuş gəlirlərin qaytarılması və əmlakın bərpası sahəsində gələcək layihələr müzakirə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Eqidius Navikas ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib. Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib








Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək qızıllarını alan şəxs tutulub








Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb








Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb - VİDEO



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.