Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



14 Avq
2020
17:14
4824
14
Avq
17:14



Xəbəri səsli dinlə
Nərimanov RİH-dən ağacların quruması xəbərlərinə reaksiya

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların quruması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

RİH-dən XeberOxu.Az-a verilən məlumata görə, adıçəkilən əraziyə baxış keçirilib, ancaq həmin küçədə qeyd olunanlar aşkarlanmayıb:

“Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, həmin ərazidə 2013-cü ildə 7,47 hektar ümumi sahəsi olan, metal lövhəli çəpərlə əhatə olunmuş üç ədəd ayrı-ayrı yaşıllıq sahəsi yaradılıb. Qeyd edirik ki, həmin ərazidə RİH tərəfindən, o cümlədən RİH-nin təşəbbüsü ilə mütəmadi olaraq keçirilmiş iməciliklər yolu ilə təxminən 5.000 ədədə yaxın müxtəlif cinsli ağaclar əkilib. Ağaclara qulluğun və suvarılmasının təmin olunması üçün xüsusi işçi qrupları ayrılıb, 4 ədəd artezian quyusu vurulub, su anbarları tikilib, 2 ədəd su daşıyan maşın təhkim olunub, damcı-suvarma sistemi yaradılıb. Əkilmiş ağacların növünə gəldikdə əsasən yerli iqlimə uyğunlaşmış həmişəyaşıl iynəyarpaqlı leylandra, eldar şamı, küknar və xan çinarı növlərini qeyd etmək olar.

Lakin ərazidəki ağaclara daimi qulluq və kultivasiya (dərmanlanma, budanma və sair) işlərinin aparılmasına baxmayaraq, müxtəlif parazitar xəstəliklər səbəbindən mütəmadi olaraq leylandra ağaclarının quruması müşahidə edilir. Bununla yanaşı, qeyd edirik ki, ərazi tərəfimizdən nəzarətdə saxlanılır, qurumuş ağaclar çıxarılaraq yerində yenilərinin əkilməsi daim təmin olunur. Belə ki, mövsümi olaraq bu ilin yaz aylarında 67 ədəd qurumuş və zədələnmiş leylandra ağacı yenisi ilə dəyişdirilib. Hazırda qurumuş ağacların dəyişdirilməsi isə ağacların köküstə bitməsi üçün tələb olunan mövsümi iqlim şəraitini nəzərə alaraq sentyabr ayında dəyişdirilməsi nəzərdə tutulub, tingliklərə yerli növ ağaclar sifariş verilib. Yeni ağaclar əkilərkən üstünlük daha çox yerli xan çinarı və küknar ağaclarına verilir.

Onu da qeyd edək ki, yaşıllıq zolağı salınarkən 2015-ci ildə həmin ərazidə 1 ha ərazini əhatə edən sahədə “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi salınıb. Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 2020-ci ilin may ayında Kompleksdə əsaslı yenidənqurma işləri aparılıb və ətraf ərazidə bir çox abadlıq işləri görülüb.

Əlavə olaraq, həmin ərazidə son tikinti işləri 2015-ci ilə qədər aparılıb. Hazırda həmin yaşıllıq sahələrində heç bir tikinti işi aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmayıb".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.