Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



14 Avq
2020
20:33
4916
14
Avq
20:33



QMİ nümayəndəsi: İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır

Koronavirus yaşından və statusundan asılı olmayaraq hər bir kəsə təhlükəlidir. Məscidlərin bağlı qalması da epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, fəlsəfə doktoru İbrahim Quliyev bildirib.

Onun sözlərinə görə, koronavirus dini məsələ deyil, yalnız tibbi məsələdir: “Bildiyiniz kimi, hazırda hamımız pandemiya dövründə yaşayırıq. Koronavirus elə bir bəladır ki, təkcə Azərbaycanı deyil, bütün dünyanı cənginə alıb. Bu virus yaşından və təbəqəsindən asılı olmayaraq hər kəsə təhlükəlidir. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanından Operativ Qərargah yaradılıb. Operativ Qərargahın qoyduğu qanunlar və tövsiyələrə əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu bir qanundur və qanuna əməl etməyən hər bir şəxs cəzalndırılır.

Ona görə də məscidlərin bağlanma, yaxud açılması məsələsi Qafqaz Müsəlmanları İdarəsinə aid olan bir məsələ deyil. Bu, Operativ Qərargahın veridyi qərardır və inanclı, mömin və məscidə gələn hər bir şəxsdən QMİ olaraq xahişimz və tövsiyyəmiz ondan ibarətdir ki, onlar qanunauyğun hərəkət etsinlər. Allah qoysa, Operativ Qərargah nə vaxt ki, qərar verər məscidlərin açılmasına, biz hamımız ora toplaşıb əvvəlki kimi ibadətlərimizi davam edərik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.